Həkimlər infarkt keçirtdiyini açıqladı

16 Sentyabr 2023 20:16

Rusiyalı müğənni və bəstəkar İqor Nikolaev xəstəxanalıq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 63 yaşlı Nikolayevin infarkt keçirdiyi bildirilib. Həkimlər onun vəziyyətini təcili stabilləşdirməyə çalışırlar.

İfaçının ürəyinin fəaliyyətinin pozulduğu bildirilib. Hazırda Nikolayev huşsuz vəziyyətdədir və ona sakitləşdirici dərmanlar verilir. Hətta ən yaxın qohumlar belə onu görmək üçün otağa buraxılmır.

Qeyd edək ki, yanvarın 31-də də Nikolayevin infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi və reanimasiya şöbəsində olduğu barədə məlumat yayılmışdı. 

Milli.Az