Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallarının payızda artması fonunda bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən lokal məhdudlaşdırılmalar tətbiq oluna bilər.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib.
"Ciddi səbəblər olmadıqca, maska rejimi kimi məhdudlaşdırıcı tədbirlər planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər", - deyə qurumdan verilən açıqlamada vurğulanıb.
Operativ qərargahın məlumatına görə, son bir həftə ərzində Rusiyada COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50% artıb. Sentyabrın 4-dən 9-dək 1636 nəfər COVID-19 infeksiyası ilə xəstəxanalara yerləşdirilib, 7688 yoluxma aşkarlanıb.
Sentyabrın 18-dən Rusiya Hökumət Evində maska rejimi bərpa olunacağı da bildirilib.
Milli.Az