Bakıda 80 yaşlı kişi özünü asdı

16 Sentyabr 2023 19:38

Bakıda intihar hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib. Qəsəbə sakini 80 yaşlı Həsənov Lətif Hüseyn oğlu yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəblə özünü öldürdüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır

Milli.Az