Əməkdar artist bu kanalda aparıcılıq edəcək - FOTO

16 Sentyabr 2023 15:45

Xəbər verdiyimiz kimi, aparıcı Şəhriyar Əbilov "1AzTV" verilişindən ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcılığı Əməkdar artist Həcər Ağayevaya həvalə edilib. Bundan sonra verilişi aktrisa aparacaq.

Onun ilk qonağı isə Xalq artisti Faiq Ağayev olacaq.

Qeyd edək ki, Şəhriyar AzTV-də efirə gedəcək "Düşən pullar" yarışmasına aparıcılıq edəcək. Layihə dünyaşöhrətli intellektual yarışma "Money drop"un eynisidir.

Milli.Az