Bakıda 15 yaşlı qız itkin düşüb.
Milli.Az APA-ya istinadən bildirir ki, Xətai rayonunda yaşayan, əqli qüsurlu 2008-ci il təvəllüdlü Şəlalə Allahverdiyeva sentyabrın 15-də yaşadığı evi tərk edib və geri qayıtmayıb.
Ailəsi bu barədə polisə məlumat verib. Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.
Milli.Az