Məşhur futbol ulduzu Şahruddinin komanda yoldaşı oldu

16 Sentyabr 2023 11:41

İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Türkiyənin "Adana Demirspor" klubuna keçib.

Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son klubu İsveçrə "Sion"u olan forvardla 1+1 illik müqavilə imzalanıb. 2021/2022 mövsümündə də bu klubda çıxış edən futbolçu Adana təmsilçisinə azad agent kimi qoşulub.

Xatırladaq ki, milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl "Qarabağ"dan "Adana Demirspor"a keçib.

Milli.Az