Amerikanın "Open AI" şirkətinin rəhbəri Sem Altman dünyanın ən nüfuzlu yəhudisi hesab edilir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin "Yerusalem Post" qəzetində dərc olunan məqalədə deyilir.
Dünyanın ən nüfuzlu yəhudiləri reytinqində ikinci yeri İsrailin baş naziri Benyamin Netanyahu, üçüncü yeri isə ABŞ dövlət katibi Entoni Blinken tutub. Dördüncü yerdə İsrail etiraz hərəkatının liderləri, o cümlədən hər həftə Təl-Əvivdə məhkəmə islahatlarına qarşı hökumət əleyhinə mitinqlərdə iştirak edən Şikma Bressler qərarlaşıb.
Belə ki, bu il yəhudilərin 52 addan ibarət reytinq cədvəlinə bir müddət əvvəl təyyarə qəzasında ölən "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də daxil edilib. O, siyahını tamamlayır.
Maraqlıdır ki, 2022-ci ildə birinci olan Ukrayna Prezidenti Vladimir Zelenskinin adı İsrail dövri nəşrinin tərtib etdiyi siyahıda yer almayıb.
Qeyd edək ki, qəzet yəhudilərin Roş-Ha-Şana bayramı münasibəti ilə illik reytinq siyahısını dərc edir. Reytinqə həm İsraildə, həm də xaricdə yaşayan siyasətçilər, ictimai xadimlər, elm və incəsənət xadimləri daxil edilir.
Milli.Az