Düşbərə, xəngəl sevənləri gözləyən 2 xəstəlik

17 Sentyabr 2023 07:00

İçlikli xəmir yeməkləri - mantı, pelmeni, bizdə düşbərə, xəngəl orqanizmdə bir sıra problemlərə səbəb olur.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, cərrah Aleksandr Umnov xəmir xörəklərini aşırı istifadə edənlərdə hormonal pozulma olduğunu bildirib.

"Bu qidalar çox kalorilidir, maddələr mübadiləsini tez pozur, ürək, damar problemləri, kişilərdə cinsi disfunksiya yarada bilir. Onlar qlüten mənbəyidir, çox insanlarda daxili iltihabi prosesləri artırır. Digər təhlükəsi yarımfabrikatlarında çox duz və soyanın olmasıdır.

Ətin farşına bol olması üçün soya əlavə edilir. Soyada izoflavonlar var, onlar bədəndə estrogenlərin hasilini artırır. Nəticədə daha çox kişilərdə hormonal problem, piylənmə, ürək-damar problemləri yaranır.

Eləcə də damarlarda xolesterin tıxanmaları yaradır.

Ona görə hər insana belə yeməklər uyğun deyil, ümumiyyətlə, bu xörəkləri ildə cəmi bir neçə dəfə yemək olar", - o qeyd edib.

Milli.Az