Binəqədidə partiya fəalları və sakinlərlə növbəti görüş keçirilb

16 Sentyabr 2023 11:00

Sentyabrın 15-də  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Binəqədi rayonunun S.Məmmədova küçəsində partiya fəalları və sakinlərlə  görüşüb. Görüşdə  bir sıra yerli və regional məsələlər müzakirə olunub.

Tədbirdə iştirak edən partiya fəalları və müxtəlif  sosial təbəqələrdən olan insanlar belə görüşlərin əhəmiyyətin yüksək qiymətləndirmişlər.