Futzal yığmamız Rumıniyaya uduzdu

15 Sentyabr 2023 23:07

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi ilk oyununu keçirib.

Milli.Az Apasport.az-a istinadla xəbər verir ki, yığmamız Rumıniya komandası ilə qarşılaşıb.

Səfərdə keçirilən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Meydan sahibləri hesabı 16-cı dəqiqədə açıblar.  Millimiz fasilədə sonra hesab bərabərləşdirsə də, Rumıniya futzalçıları iki qol vuraraq, 3:1 hesabı ilə qələbə qazanıblar.  

Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 20-də Bakıda Niderlanda qarşı keçirəcək.

DÇ-2024, elit-raund mərhələsi 
Rumıniya - Azərbaycan - 3:1
Rumıniya: 12. Petrișor Tonița (q), 8. Andre Luis Sasse, 10. Felipe Oliveira (k), 14. Paulo Ferreira, 20. Andrei Craciun, 1. Teodor Lunqu (q), 3. Riçard İszlai, 5. Vladuț Dudau, 6. Valentin İlaş, 7. Daniel Araujo, 9. İstvan Hadnagy, 13. Matei Boșneaga, 15. Darius Nastai, 18. Szabolcs Manya 
Baş məşqçi: Endre Kaçso 
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 1. Emin Kürdov (q, k), 4. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 16. Xəzər Ağalızadə, 17. İsa Atayev, 20. Amir Şocaei 
Baş məşqçi: Vitali Borisov

Milli.Az