TÜRKPA Dünya Türk Gəncləri Birliyinin zirvə toplantısında təmsil olunacaq

14 May 2012 13:41
TÜRKPA 16-19 may tarixlərində Ankarada keçiriləcək Dünya Türk Gəncləri Birliyinin XI Liderlər Zirvəsində təmsil olunacaq. Trend-in məlumatına görə, bazar ertəsi TÜRKPA katibliyindən bildiriblər ki, təşkilatın baş katibi Ramil Həsənov tədbirin rəsmi açılış mərasimində çıxış edəcək.

Həmçinin, Ankaraya səfər çərçivəsində Həsənovun TÜRKPA-nın III Plenar Sessiyasına hazırlıq məqsədi ilə Türkiyə parlamentinin millət vəkili, TÜRKPA-nın Hüquq Məsələləri Komissiyasının sədri Haluk İpek və TBMM Aparat rəhbəri İrfan Neziroğlu ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı Həsənovu müavini Kürşad Melih Sarıarslan müşayiət edəcək.

Milli.Az