Xalq artisti 6 il sonra geri qayıtdı

15 Sentyabr 2023 12:02

Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına qayıdıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanəndə yeni mövsümlə bağlı teatrda keçirilən iclasda yer alıb. N.Teymurova daha sonra teatrdakı fəaliyyətinə yenidən başladığını təsdiqləyib. 

Qeyd edək ki, xanəndə 2017-ci ildə öz ərizəsi ilə teatrdan ayrılmışdı. O, "Leyli və Məcnun" operasında Leyli obrazını oynayırdı. 

Milli.Az