ABŞ-ın 2024 proqnozu: Terror hücumu gözlənilir

15 Sentyabr 2023 18:00

ABŞ 2024-cü ildə ölkədə terror təhlükəsinin yüksək səviyyədə qalacağı və xaricdə fəaliyyət göstərən radikal qrupların öz əvvəlki təsirlərini bərpa etməyə çalışacağını proqnozlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatında deyilir.

"Departament ABŞ-da radikallaşmış şəxslərdən zorakılıq təhlükəsinin yüksək səviyyədə qalacağını, lakin əsaslı şəkildə dəyişməyəcəyini, ilk növbədə tək cinayətkarların və ya kiçik qrupların hücumları şəklində özünü göstərəcəyini gözləyir", - deyə bildirilir.

Məlumata görə, ABŞ-ın antiterror səyləri öz nəticəsini versə də, Vaşinqton Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əvvəlki nüfuzlarını bərpa etməyə və xaricdən hücumlar təşkil etməyə cəhd göstərəcəyini ehtimal edir.

Milli.Az