Azərbaycanda körpü uçdu, maşın çaya düşdü - Xəsarət alan var - VİDEO

15 Sentyabr 2023 09:30

Bu gün səhər saatlarında Xaçmazda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb.

Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

Hazırda hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Milli.Az