Ermənistanın baş naziri Nikol Paşinyanın özünə bəraət qazandırmaq cəhdləri qəzəb doğurmaya bilməz. Ermənistan cəmiyyəti yeganə məqsədi məsuliyyətdən yayınmaq olan fırıldaqçı bir liderlə üzləşib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan yazıb.
"Paşinyanın demaqogiyası və yalanlarının həddi-hüdudu yoxdur. Baş nazir artıq ikinci gündür ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı barədə sözlərindən yayınmağa çalışır. Bu addım vaxtilə erməni məliklərinə qarşı Məlik Şahnəzərin Pənahəli xanla ittifaqına bərabərdir",-deyə Zurabyan bildirib.
Milli.Az