İlham Əliyev Emoməli Rəhmonun adından dövlət başçılarının şərəfinə rəsmi qəbulda iştirak edib - VİDEO - FOTO

14 Sentyabr 2023 23:48

Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlət başçıları çay süfrəsi arxasında söhbət ediblər.

Milli.Az