Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

14 Sentyabr 2023 23:18

Sentyabrın 15-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Milli.Az