Zavodda partlayış baş verib, ölən və yaralananlar var

14 Sentyabr 2023 21:38

Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda poladtökmə zavodunda partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.

Baş verən partlayışda 1 işçi ölüb, 3-ü yaralanıb.

Polis araşdırma aparır.

Milli.Az