Rusiyanın Baş prokuroru Azərbaycanda rəsmi səfərdədir

14 Sentyabr 2023 21:22

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə Milli.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.

Qonaq Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak edəcək.

Milli.Az