Birinci sinfə elektron qeydiyyat dayandırıldı

14 Sentyabr 2023 21:08

2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 18:00-dan etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanıb.

Milli.Az