Qonaq getdikləri evdə 7 yaşlı oğlunun boğazını kəsərək öldürdü - DƏHŞƏT - FOTO

14 Sentyabr 2023 19:50

Mersinin Mut rayonunda qardaşını ziyarətə gedən ata 7 yaşlı oğlunun boğazını kəsərək öldürüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersinde baş verən hadisədə qardaşıgilə qonaq  gedən Mustafa T. 7 yaşlı oğlu Mehmet T.-nin boğazını bıçaqla kəsib, daha sonra özünü bıçaqlayıb..

Vəziyyəti görən qonşular 112 Təcili Tibbi Yardım və polisə  xəbər veriblər. Qısa müddətdə hadisə yerinə gələn tibbi yardımın bütün müdaxilələrinə baxmayaraq, 7 yaşlı Mehmet T.-ni xilas edə bilməyiblər

Ata isə müalicə olunduqdan sonra həbs olunub.

Milli.Az