Baş müşavir Ermənistana səfər edib

14 Sentyabr 2023 17:11

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Görüşdə Qarabağ ətrafındakı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi müzakirə edilib.

Xatırladaq ki, 3 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Milli.Az