Blogerin arvadının hamamda meyiti tapıldı

15 Sentyabr 2023 08:38

İrəvanda rusiyalı bloger Aleksey Romanovun həyat yoldaşı intihar edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Yana Zelenskayanın meyiti hamam otağında tapılıb.

Qeyd edək ki, A.Romanov 44 günlük müharibədən sonra Ermənistanda keçirilən mitinqlərdən reportajları və Baş nazir Nikol Paşinyanla müsahibəsi ilə yadda qalmışdı.

Milli.Az