Uşaqlıqda bacısını it olduğuna inandırıb

14 Sentyabr 2023 17:48

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask uşaqlıqda hipnozu öyrənib və bacısını it olduğuna inandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Business Insider" Valter İsaaksonun yazdığı biznesmenin tərcümeyi-halına istinadən xəbər verir.

Onun sözlərinə görə, Mask uşaqlıqda sehrli fəndlər etməyi və insanları hipnoz etməyi öyrənib. Hətta bir dəfə kiçik bacısını it olduğuna inandırıb və ona çiy bekon yedizdirib.

Portalın qeyd etdiyi kimi, iş adamı ünsiyyətli uşaq olmayıb, kitab oxumağı və təcrübələr aparmağı çox sevib.

Milli.Az