Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin etdi

14 Sentyabr 2023 09:59

Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı "Rəsmi Qəzet"də yayımlanıb.

Məlumata əsasən, Tanju Bilgiç Türkiyənin Rusiyadakı səfiri, Mustafa Levent Bilgen isə Ukraynadakı səfiri təyin olunub.

Qeyd edək ki, Türkiyənin Moskvadakı səfiri vəzifəsini daha öncə Mehmet Samsar, Kiyevdəki səfiri vəzifəsini isə Yağmur Ahmet Güldere icra edib.

Milli.Az