Keçmiş Baş nazirlə daxili işlər naziri arasında DAVA - ANBAAN VİDEO

14 Sentyabr 2023 08:37

Slovakiya hökumətinin keçmiş rəhbəri İqor Matoviç və ölkənin keçmiş daxili işlər naziri Robert Kaliniak Bratislavanın mərkəzində Nazirlər Kabinetinin binası qarşısında dava ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, siyasətçilər arasında toqquşma miqrasiya məsələlərinə dair küçədə keçirilən mətbuat konfransı zamanı baş verib.

Sabiq baş nazir səsgücləndiricilərlə DİN-in keçmiş rəhbəri Kalinyakın ünvanına nalayiq ifadələr işlədib. Kalinyak isə hadisə yerinə gələrək keçmiş hökumət başçısını döyüb.

Milli.Az