"Mən bu cahana sığmazam"a görə məşhur cütlük ayrılıb?

14 Sentyabr 2023 07:45

Türkiyəli aktrisa Ebru Özkan Sabanla aktyor həyat yoldaşı Ertan Sabanın ayrıldığı iddia olunur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə aktrisanın "Mən bu cahana sığmazam" serialının titrlarında həyat yoldaşının soyadının yazılmaması olub.

Qeyd edək ki, ekran işi "Atv" kanalında yayımlanır.

Milli.Az