Goranboyda yeniyetmə qız dəm qazından zəhərləndi

13 Sentyabr 2023 22:40

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon sakini 2006-cı il təvəllüdlü X.Əliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

17 yaşlı yeniyetmə qız xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyərinin kafi olduğu bildirilir.

Milli.Az