Kosmosda ən çox qalan astronavt KİMDİR?

13 Sentyabr 2023 21:44

"NASA" astronavtı Frank Rubio kosmosda ən uzun müddət qalan astronavt olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F.Rubio "NASA" astronavtı Mark Vande Heinin 355 gün 3 saat 45 dəqiqəlik kosmosda qalma müddətini keçib və beləliklə, yeni rekord qırıb.

Kosmosa səfər edən F.Rubio bir neçə həftədən sonra Yerə qayıdacaq və kosmosda qalma müddətini 371 günə çatdıracaq.

Milli.Az