Azərbaycanda futbol matçında DAVA DÜŞDÜ - VİDEO

13 Sentyabr 2023 21:15

Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsüm start götürüb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Yevlaxda keçirilən "Karvan" - "Mingəçevir" matçında dava düşüb.

Buna səbəb "Karvan"ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.

Matçın baş hakimi bu davadan irəli gələrək iki futbolçuya qırmızı vərəqə göstərib .

Həmin anın görüntülərini sizə təqdim edirik:

Milli.Az