Paytaxtın qızıl mağazasından oğurluq edildi
18 May 2010 12:10
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə mayın 17-də saat 14:30 radələrində törədilib.
Naməlum şəxs Novruz İbrahimova məxsus Q.Qarayev prospektində yerləşən qızıl mağazasından 2 ədəd qızıl qolbağ götürərək qaçıb.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Azər Fərziyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az