“Neftçi” yeni transferini açıqladı

13 Sentyabr 2023 20:15

"Neftçi" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı hücumçu Lukas Melanonu rənglərinə bağlayıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Milli.Az