Qayçı ilə arvadının ağzını kəsdi

13 Sentyabr 2023 18:24

Kurqan vilayətində kişi mətbəx qayçısı ilə arvadına xəsarət yetirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, kişi mübahisə zamanı arvadını qayçı ilə kəsərək cəzalandırmaq istəyib. Bu məqsədlə arvadının başından tutub və ona xəsarət yetirməyə başlayıb.

Nəticədə həkimlər qadına ağız boşluğunun selikli qişasının zədələnməsi, üzündə sıyrıqlar və qançırlar diaqnozu qoyublar.

Milli.Az