Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

13 Sentyabr 2023 15:54

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
• 30 yaşı keçməməli;
• Fiziki cəhətdən sağlam olmalı;

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Z. Əliyeva küçəsi 30.
Əlaqə nömrəsi: 012-493-62-47

https://dsx.gov.az/announcements/view?id=28

Milli.Az