“Gmail”-ə yeni FUNKSİYA gəlir

13 Sentyabr 2023 16:09

"Google" "Gmail"ə reaksiya funksiyasını gətirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu funksiya mesajlaşma proqramlarında olduğu kimi, elektron poçtlara "emoji"lər əlavə etməyə imkan verəcək.

Bu yenilik, əslində, ilk dəfə bir neçə həftə əvvəl "Gmail"in "iOS" proqramında aşkar edilib. Artıq "Android"də də yeniliyin tətbiqinə başlanılıb.

Sözügedən reaksiyaların tezliklə "Gmail"ə əlavə ediləcəyi bildirilir. Qeyd edək ki, belə bir funksiya artıq "Microsoft"un elektron poçt xidməti olan "Outlook"da mövcuddur.

Milli.Az