Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gənclərdən xaricə getməməyi xahiş edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu müraciətlə "Taliban" tərəfindən təyin edilən Təhsil Nazirliyinin imtahan komissiyasının rəhbəri Əbdül-Baki Həqqani qəbul imtahanında ən yaxşı nəticə qazanmış gənclərlə görüşü zamanı çıxış edib.
Onun sözlərinə görə, "Taliban" hakimiyyəti gənclər üçün yaxşı təhsil şərait yaratmağa çalışır.
Qeyd edək ki, 2021-ci ilin avqust ayında "Taliban" silahlıları Əfqanıstanda siyasi hakimiyyətə gələndən sonra ölkənin üzləşdiyi ən böyük problemlərdən biri də "beyin axını"nın baş verməsidir.
Milli.Az