"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask Moskvada işgüzar görüş zamanı bir neçə stəkan araq içdikdən sonra huşunu itirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Business Insider" Valter İsaaksonun yazdığı biznesmenin tərcümeyi-halına istinadən xəbər verir.
Kitabdan çıxarışlar əldə edən BI jurnalistlərinin dediklərinə görə, Mask 2000-ci illərin əvvəllərində Marsa missiya təşkil etmək istəyib. Bu planı həyata keçirmək üçün iş adamı Rusiyadan olan iş adamları ilə bir neçə görüş təşkil edib.
İddia olunur ki, Moskva restoranında nahar zamanı Maska digər qonaqlar kimi çox miqdarda araq verilib. İş adamının özünün dediyinə görə, o, yemək yediyi qədər spirtli içki qəbul edib.
İsaaksonun sahibkara həsr etdiyi kitabında deyilir: "Əli ilə başını saxlayan Mask huşunu itirdi və başı masaya dəydi".
Maskın bioqrafının dediyinə görə, daha sonra rusiyalı iş adamları milyarderə bir şüşə araq hədiyyə ediblər. Şüşənin etiketində amerikalı sahibkarın Marsda təsviri olub.
Mask daha sonra İsaaksonla şəxsi söhbətində etiraf edib ki, o, əksər spirtli içkilərin dadını və təsirini sevmir.
Milli.Az