Gökçenin yeni layihəsi bəlli oldu

13 Sentyabr 2023 09:17

Türkiyəli aktrisa Gökçe Eyüboğlunun yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Şahane hayatım" serialında rol alacaq. O, "Didem" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Hilal Altınbileklə Onur Tuna paylaşacaq.

Milli.Az