BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13 Sentyabr 2023 08:39

Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir.

Eyni zamanda, BTİ-dən internetə qoşulmayanların sayının ildən-ilə azaldığı vurğulanıb və müqayisə üçün 2022-ci ildə bu göstəricinin 2,7 milyard olduğu vurğulanıb.

Qeyd olunub ki, hazırda dünya əhalisinin 67 faizini təmsil edən 5,4 milyard insan internetə qoşulub.

BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. 2022-ci ildə bu tip ölkələrdə internet istifadəçilərinin sayı 17% artıb.

Milli.Az