Məşhur reper əsgərliyə getməmək üçün ÖLKƏNİ TƏRK ETDİ

12 Sentyabr 2023 23:36

Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat yayıb.

O bildirib ki, Danya Miloxin dünən ilk reyslə son vaxtlar yaşadığı Dubaya uçub.

Qeyd edək ki, Mizulina daha əvvəl tiktokerin orduya çağırılması barədə müraciət etmişdi.

Xatırladaq ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın "Forbes" jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı.

Milli.Az

Əsgərliyə getməmək üçün Rusiyanı tərk etdi