Aİ missiyası Ermənistanda yeni ofis açdı

12 Sentyabr 2023 18:32

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Tavuş vilayətinin İcevan bölgəsində əməliyyat ofisi açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı missiya "X" hesabında paylaşıb.

Məlumata görə, mərasimdə müşahidə missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan iştirak ediblər.

Xatırladaq ki, 100 nəfərdən ibarət sözügedən missiya fevralın 20-si Ermənistanda yerləşdirilib. Missiyanın mandatının müddəti 2 ildir.

Milli.Az