Latviya və Estoniyanın müdafiə nazirləri İnara Murnietse və Hanno Pevkur Almaniyanın "Diehl Defence" şirkətinin istehsalı olan İRİS-T orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıblar.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Delfi" məlumat yayıb.
Məlumata görə, müvafiq saziş sentyabrın 11-də imzalanıb.
Sistemlər NATO-nun hava hücumundan müdafiə vasitələri ilə əlaqələndiriləcək.
Milli.Az