Britaniya XİN rəhbəri Türkiyəyə səfər edəcək

12 Sentyabr 2023 16:06

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Türkiyəyə səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, XİN rəhbərinin 13-14 sentyabr 2023-cü il tarixlərində Türkiyədə səfərdə olacaq.

Qeyd edilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə aktual regional və beynəlxalq məsələlərin, eləcə də ikitərəfli münasibətlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Milli.Az