Sevda Ələkbərzadə "Uber"dən şikayətçidir - FOTO

12 Sentyabr 2023 18:31

Əməkdar artist Sevda Ələkbərzadə "Uber" taksi şirkətindən şikayət edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni xidmətdən istifadə etmədiyi halda kartından pul çıxdıqlarını bildirib. 

Bu haqda feysbuk hesabında yazan Ələkbərzadə "Studiyada otura-otura "Uber"dən mesaj gəldi ki, yaxşı yol. Kartımdan da pul çıxdı. Əcəb yaxşıdır. Niyə də, niyə?" sözlərini əlavə edib.

Milli.Az