Avtovağzallar gücləndirilmiş iş rejiminə keçəcək?

12 Sentyabr 2023 14:29

Yeni tədris ili üç gün sonra başlayır. Xüsusilə ali məktəblərin açılması ilə əlaqədar olaraq paytaxta daha çox sərnişin axını olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yeni tədris ilinin başlanması ilə əlaqədar necə işləyəcək?

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, tədris ilinin başlanması ilə əlaqədar avtovağzalların gücləndirilmiş iş rejiminə keçməsi nəzərdə tutulmayıb.

Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi günlərdəki iş rejimində çalışacaq.

Milli.Az