Bakının bu qəsəbəsində sakinlər 30 ildir asvalt yola həsrətdir - VİDEO

12 Sentyabr 2023 16:05

Yağış suları yolları və məhəllələri keçilməz edib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Suraxanı rayonu Əmircan qəsəbəsi Qulu Quluyev və Elxan Həsənov küçələrindən gedir.

Görüntülər "Xəzər Xəbər"in Qaynar Xəttinə göndərilib. Sakinlər iddia edir ki, məhəlləyə 30 ildir asfalt çəkilmir. Yağış yağanda isə həyətləri gölməçəyə çevrilir.

Sakinlər bildirir ki, yollar bərbad vəziyyətdə olduğundan taksilər də məhəlləyə gəlməkdən imtina edirlər. Uşaqlar isə məktəbə rahat şəkildə gedib gələ bilmirlər.

Problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qəsəbə daxili küçə və yollar növbəli şəkildə təmir olunur.

Qeyd olundu ki, adı çəkilən küçələrin əsaslı təmiri növbəti illərdə həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az