Paytaxtın Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolda sıxlıq yaranıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Həsən Əliyev küçəsindən istifadə etmək tövsiyə olunur.
Milli.Az