O da "Yarqı"da rol alacaq - FOTO

12 Sentyabr 2023 17:32

Yeni mövsüm çəkilişlərinə start verilən "Yarqı" serialına yeni aktyor daxil olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində sonuncu dəfə "Alparslan Büyük Selçuklu" serialında rol alan aktyor Fərid Kaya yer alacaq. O, "Can" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Kaan Urqancıoğlu ilə Pınar Dəniz canlandırır.

Milli.Az