İti illərlə kilidli avtomobildə saxladılar - FOTO

12 Sentyabr 2023 15:21

Rusiyanın Sankt-Peterburq şəhərində dörd ildir ki, retriver cinsindən olan it bütün gününü avtomobilin yük yerində ​​keçirir. Günəş avtomobili qızdırmasına baxmayaraq, sahibləri onu çox nadir hallarda gəzdirirlər. İt çox zəif görünür və tükləri tökülür.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qonşuları itin sahiblərinə heyvanı bu şəkildə saxlamağın yolverilməz olduğunu izah etməyə çalışsalar da, onlar bunda pis bir şey görmədiklərini bildiriblər. Sakinlər artıq polisə müraciət ediblər, onlardan bəziləri hətta iti satın almağa hazırdırlar.

Milli.Az