Liviyada daşqınlar nəticəsində itkin düşənlərin sayı 7 minə çatıb

12 Sentyabr 2023 07:38

Liviyada daşqın zamanı itkin düşənlərin sayı 7 minə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Telekanal Benqazidəki Liviya Qızıl Aypara Cəmiyyətinə istinad edərək bildirib ki, Derna şəhərində köçkün ailələrin sayı 20 minə çatıb, itkin düşənlərin sayı isə 7 minə yaxındır.

Daha əvvəl 5 minə yaxın insanın itkin düşdüyü bildirilirdi.

Qeyd edək ki, sentyabrın 10-da "Daniel" siklonu Liviyanın şimal-şərqini vurub, Aralıq dənizi sahillərindəki şəhərlərdə qasırğa və leysan fəlakətlə nəticələnib. Bir çox yaşayış binaları, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Liviya hakimiyyəti üç günlük milli matəm elan edib.

Milli.Az